Azərbaycan Respublikası Maliyyə Nazirliyinin xətti ilə 2021-ci ildə xəzinə fond bazarından 1 497 325 136 manat (1.5 mlrd. ) borc cəlb edilib. Yəni yeni istiqrazlar cəlb buraxıb, birjada satıb.
Bu barədə Banker.az Bakı Fond Birjasına istinadla xəbər verir.
2021-ci ilin yanvar-dekabr ayları ərzində cəlb edilmiş istiqrazlar üzrə ilkin səhm emissiyasının həcmi, öncəki ilin müvafiq dövrünü 29% üstələyib.
Bu əqdlər üzrə repo əməliyyatları isə 6 834 180 324 manat olmuşdur.
Qeyd edək ki, Maliyə Nazirliyinin xətti ilə buraxılan dövlət istiqrazları 2021-ci ildə daha çox gəlirliyinin aşağı düşməsi ilə yadda qaldı.
1 illik dövlət istiqrazları üzrə illik gəlirlilik iyunda 3.96%-ə, 2 illik istiqrazlar avqusta 5.27%-ə, 3 illik istiqrazlar noyabrda 4.3%-ə, 5 illik dekabrda 5.67%-ə, 7 illik istiqrazlar isə dekabrda 7%-ə qədər eniş yaşadı.
İllik müqayisədə dövlət istiqrazlarının gəlirliliyi aşağı düşdüyü halda, ölkədə pulun dəyəri azalıb, yəni inflyasiya yüksəlib. Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının son press-relizində bildirilib ki, 12 aylıq inflyasiya noyabrda 11.1% təşkil etmişdir. Orta illik inflyasiya yanvar-noyabr aylarında 6.2%, orta illik baza inflyasiya isə 3.9% təşkil etmişdir. İnflyasiyanın yüksəlməsi bütün məhsul və xidmət alt qrupları üzrə davam edir.