Maliyyə Nazirliyinin xətti ilə dövlət xəzinəsi istiqrazlar emissiya etməklə 2023-cü ilin ilk 11 ayında 2 milyard 997.4 milyon manat borclanıb.
Banker.az xəbər verir ki, bu barədə Bakı Fond Birjası məlumat yayıb.
Buraxılan istiqrazların ümumi həcmi illik müqayisədə bu il 1 milyard 587 milyon manat və ya 112 faiz çoxdur.
2022-ci ilin ilk 11 ayında 1 milyard 410.4 milyon manat istiqraz buraxılmışdı.