Maliyyə Nazirliyinin xətti ilə dövlət xəzinəsi daxili fond bazarında 2023-cü ilin ilk 7 ayında ₼1.27 milyard borclanıb.
Banker.az Bakı Fond Birjasına istinadən xəbər verir ki, Maliyyə Nazirliyinin xətti ilə dövriyyəyə 1 mlrd. 265.1 mln. manat nominalda olan dövlət istiqrazları buraxılıb.
Bu 2022-ci ilin analoji dövrünü 538.2 mln. manat və ya 74 faiz üstələyib.
Qeyd edilən müddətdə fond bazarında dövlətin 350.19 mln. manatlıq istiqrazları dövriyyədə satılıb.
Onlarla repo əməliyyatları isə 3 mlrd. 754.91 mln. manata yüksəlib.