20 C
Baku
Saturday, September 28, 2024

Dövlət xəzinəsinin fond bazarındakı borclanması kəskin azalıb

2022-ci ilin ilk yarısında Maliyyə Nazirliyinin xətti ilə dövlət istiqrazlarının emissiyası öncəki illə müqayisədə kəskin azalıb.

Bu barədə Banker.az Bakı Fond Birjasının icmal göstəricilərinə istinadən xəbər verir.

Statitikada qeyd edilir ki, cari ilin  ilk yarısında 656.14 milyon manat həcmində dövlət istiqrazları emissiya edib. Bu da öncəki ildən 447.56 mln. manat, yaxud 41% azalmadır.

Azərbaycanda dövlət istiqrazlarına tələbin yüksəlməsi və bazarda az olması səbəbindən onun gəlirliliyi azalıb. Məsələn, bir illik istiqrazlar öncəki ildə 3.96 % olduğu halda, bu ildə 3.04%-ə, 3 illik istiqrazlarda 6.94%-dən 4.93%-ə, 5 illik istiqrazlar 8.64%-dən 6.73%-ə düşüb.

 

Son xəbərlər
Digər xəbərlər