Azərbaycanda bağlanmış əmək müqavilələrinin sayı 2019-cu ilin əvvəli ilə müqayisədə 294.7 min vahid artıb və bu il iyul ayının 1-nə 1 mln. 696.6 minə çatıb.
Banker.az bu barədə Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Dövlət Xidmətinin məlumatına əsasən, qeyri-neft sektorunun özəl bölməsində bu göstərici 255.8 min vahid artaraq 795.7 min olub.