11 C
Baku
Sunday, November 17, 2024

Dövlət Xidməti antiinhisar səbəbindən çay bazarında 5 şirkət barəsində iş qaldırır

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin təşəbbüsü ilə çay bazarında Antiinhisar qaydaları pozan “Sun Tea Çay Fabriki” MMC, “Sun Food” MMC, “Best-Tarım” QSC, “Veysəloğlu” MMC, “Qida XXI” MMC barəsində iş qaldırılıb.

Bu barədə Banker.az-a Dövlət Xidmətindən deyilirş

AİBNDX-nin açıqlamasında göstərilir ki, Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin 4-cü, 6-cı və 7-ci bəndlərinin, 10-cu maddəsinin 1-ci və 2-ci bəndlərinin tələblərinin pozulması əlamətləri aşkar edilib.

8-ci maddənin 4-cü bəndinə görə, bazarda əlavə üstünlük əldə etmək məqsədilə qiymətlərlə manipulyasiya edilməsi (onların yüksəldilməsi, azaldılması və ya bir səviyyədə saxlanılması); 6-cı bəndinə görə, topdansatış və pərakəndə satış təsərrüfat subyektlərinin qapalı satış şəbəkələrinin yaradılması; 7-ci bəndinə görə, digər təsərrüfat subyektləri ilə müqayisədə kontragentlərin rəqabət imkanlarına zərər vuran, yaxud zərər vura bilən eyni və ya eyni şərtli müqavilələrin bağlanmasında ayrı-seçkiliyə yol verilməsi ilə bağlıdır.

Dövlət Xidməti tərəfindən çay bazarında antiinhisar qanunvericiliyinin tələblərinə əməl olunub-olunmaması vəziyyəti üzrə araşdırması aparılır.

İşə 21 fevral 2023-ci il tarixində baxılacaq.

Son xəbərlər
Digər xəbərlər