6 C
Baku
Thursday, January 9, 2025

Dövlət Xidməti “Araz Supermarket”lə bağlı iş qaldırıb: məhsulu göstərilmiş qiymətdən baha satıb

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti marketlər şəbəkəsi “Araz Supermarket” MMC  qida məhsullarını üzərində göstərilmiş qiymətindən baha satılmasına görə barəsində protokol tərtib edilib. Ümumilikdə marketlər şəbəkəsi ilə bağlı ötən il 5 dəfə eyni maddə ilə iş qaldırılıb.

Banker.az xəbər verir ki, bu barədə Dövlət Xidməti İstehlakçı hüquqlarının müdafiəsi və İstehlak bazarına nəzarət şöbələri tərəfindən 2024-cü ilin yanvar – dekabr ayları ərzində tərtib olunmuş inzibati xəta haqqında protokollara dair məlumatında bildirilir.

Məlumata görə, şirkətin “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunun 13-cü maddəsinin 1-ci bəndindəki maddəyə uyğun pozuntu etdiyi aşkar edilib.

Bildirilir ki, “Araz Supermarket”  MMC barəsində 4 dekabr 2024-cü il tarixdə İnzibati Xətalar Məcəlləsinin 447.0.1-cu maddəsi ilə inzibati protokol tərtib edilib. Bu maddəyə görə, mal satan və ya əhaliyə xidmət göstərən şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçıların az miqdarda aldadılmasına, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir.

Xatırladaq ki, “Araz Supermarket” MMC-nin nizamnamə kapitalı 7 055 020 manatdır və qanuni təmsilçisi Rəşad İbrahimovdur. Şirkət “Veysəloğlu” şirkətlər qrupuna daxildir.

 

 

Son xəbərlər
Digər xəbərlər