“İstehlakçılar tərəfindən bizə daxil olan şikayətlərin əksəriyyəti rəflərdəki qiymətlərlə kassadakı qiymətlərin fərqli olması ilə bağlıdır. Sübutlar olduğu təqdirdə biz bunu protokllaşdıraraq müvafiq addımlar atırıq”.
Bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisinin müavini Elnur Bağırov ötən ilin yekunlarına dair jurnalislər üçün keçirilən mətbuat konfransında çıxışı zamanı deyib.
Sədr müavini bildirib ki, ötən il ərzində protokollaşdırılan 83 haldan 40-ı məhz istehlakçıların aldadılması ilə bağlıdır: “İstehlakçıların böyük hissəsi məhz bu yolla aldadılır. Bu səbəbdən də istehlakçılara tövsiyə edirik ki, rəf və kassada qiymət fərqi olarsa, əllərindəki sübutla dövlət xidmətinə müraciət etsinlər”.