14 C
Baku
Saturday, November 16, 2024

Dövlət Xidməti kolbasa istehsalçısı “Halal Payım” ilə bağlı iş qaldırır

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin öz təşəbbüsü ilə kolbasa istehsalçısı olan “Halal Payım” MMC barəsində iş qaldırılıb.

Banker.az xəbər verir ki, bu barədə AİBNDX-dən bildirilir.

Kolbasa və sosiska istehsalı sahəsində haqsız rəqabət qanunvericiliyinə əməl olunması ilə bağlı aparılmış araşdırmalar zamanı müəyyən edilmiş qanunpozuntusu araşdırılacaq.

“Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin ikinci və beşinci abzaslarının tələblərinin pozulması əlamətləri aşkar edilib.

Müvafiq maddə istehlakçıların çaşdırılması ilə bağlıdır, bu pozuntulara yol verilməməlidir:

  • əmtəənin mənşəyi, hazırlanması üsulu, istifadə üçün yararlılığı, keyfiyyəti və başqa xassələri, sahibkarın şəxsiyyəti və ya təsərrüfat fəaliyyətinin xüsusiyyəti barədə istehlakçını çaşdıra bilən hər hansı məlumatlardan istifadə edilməsi;
  • əmtəənin istehlak və digər vacib xassələri barədə istehlakçını çaşdırmaq məqsədilə uyğun olmayan fərqləndirici nişanla və ya marka ilə təchiz edilməsi.

Xatırladaq ki, “Halal Payım” MMC 2022-ci ildə yaradılıb, 2 655 650 manat nizamnamə kapitalı var.

Son xəbərlər
Digər xəbərlər