11 C
Baku
Wednesday, December 11, 2024

Dövlət Xidməti kolbasa istehsalçısına qarşı iş qaldırıb

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin təşəbbüsü ilə “Halal Payım” MMC adlı şirkətə qarşı iş qaldırılıb.

Banker.az xəbər verir ki, bu barədə AİBNDX-nin açıqlamasında bildirilib.

Belə ki, ət və kolbasa məhsulları istehsal edən “Payım”la bağlı kolbasa və sosiska istehsalı sahəsində haqsız rəqabət qanunvericiliyinə əməl olunması ilə bağlı aparılmış araşdırılmalar zamanı müəyyən edilmiş qanun pozuntusunun araşdırılması nəzərdə tutulub.

“Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin ikinci və beşinci abzaslarının tələblərinin pozulması əlamətləri aşkar edilib.

İclas 6 dekabr 2023-cü ildə keçirilib.

Son xəbərlər
Digər xəbərlər