7 C
Baku
Tuesday, January 13, 2026

Dövlət Xidmətində yeni təyinat olub

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinə (SİMDNX) yeni rəis müavini təyin edilib.

Bu vəzifə Əliağa Əzizova həvalə olunub.

Qeyd edək ki, Ə.Əzizov 1996-cı ildə Sumqayıtda anadan olub. 2017-ci ildə Azərbaycan Memarlıq və İnşaat Universitetinin meliorasiya və su təsərrüfatı tikintisi ixtisasını bitirib, 2018-2020-ci illərdə BMT-nin FAO proqramı çərçivəsində Macarıstanda “Su ehtiyatlarının idarə edilməsi” üzrə magistr təhsili alıb və Hollandiyada su diplomatiyası üzrə ixtisasartırma kursunu bitirib. 2020-ci ildən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-də baş məsləhətçi, 2023-cü ildən ADSEA-da “Elm və innovasiya” sektorunun müdiri, 2025-ci ildən isə şöbə müdir müavini vəzifəsində çalışıb. Evlidir.

Məlumat üçün deyək ki, bu təyinat xidmət üzrə ikinci rəis müavini təyinatıdır.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər