17 C
Baku
Friday, October 18, 2024

Dövlət Xidmətindən xəbərdarlıq: “Lalafo.az” və “Tap.az” istifadəçilərinə qarşı dələduzluq halları baş verir

Kiberdələduzlar tərəfindən “Lalafo.az” və “Tap.az” platformalarının istifadəçilərinə qarşı dələduzluq halları davam edir.

Elektron Təhlükəsizlik Xidmətinin yaydığı məlumatda bildirilir ki, qeyd olunan platformalarda elan yerləşdirən vətəndaşlara müxtəlif nömrələrdən mesajlar göndərilərək məhsulu almaq istəyi bildirilir. Lakin məhsulun ödənişinin əldə olunması üçün vətəndaşa saxta “Azərpoçt” keçidi təqdim olunur. Qeyd olunan keçiddə vətəndaşın bank kartı və digər fərdi məlumatlarını ələ keçirmək üçün xüsusi bölmələr yaradılıb.

“Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara belə vədlərə etimad etməməyi, naməlum mənbələrdən göndərilən mesajların tərkibindəki keçidlərə daxil olmamağı, bank kartı və digər fərdi məlumatlarını tanımadıqları şəxslərə ötürməməyi tövsiyə edir”, – deyə qurumun məlumatında bildirilib.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər