Baş Prokurorluq hərbi komissarlıqlarda əməliyyatlar keçirib, vəzifəli şəxslər saxlanılıb

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Saatlı  və Ağdaş rayon Şöbələrində əməliyyatı keçirilib.

Banker xəbər verir ki,  qurumda aşkarlanan korrupsiya əməlləri ilə bağlı şöbənin vəzifəli şəxsləri saxlanılıblar.

Onlar rüşvət almaqda ittiham olunur.

Bildirilib ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin daha bir neçə rayon şöbəsində də əməliyyat keçirilir.

Onların Bakıya gətirildikləri, barələrində qətimkan tədbiri seçilməsi üçün məhkəməyə təqdimat göndəriləcəyi bildirilir.

 

Son xəbərlər
Digər xəbərlər