Hesablama Palatası Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətində həyata keçirdiyi kənar dövlət maliyyə nəzarəti tədbiri nəticəsində nöqsanlar aşkar edib.
Bu barədə Palatanın məlumatında bildirilib.
Məlumata görə, audit nəticəsində müəyyən edilib ki, “Zәngilan şәhәrindә yerlәşәn yaşayış mәhәllәsinin tikintisi işlәri obyekti” üzrә smeta sәnәdlәrinә vә müqavilәyә iş hәcmlәrinin artıq, digәr işlәrdә isә tikinti materialının dәyәrinin bәzi işlәrin qiymәtindә nәzәrә alınmasına baxmayaraq tәkrarәn, elәcә dә eyni işin qiymәtlәrinin fәrqli qiymәtlәrlә daxil edilmәsi obyektin müqavilә dәyәrini 147 min manat artırıb.
“Cәbrayıl rayonu Horovlu kәnd yaşayış mәntәqәsindә qeyri-yaşayış obyektlәrinin tikintisi” vә “Cәbrayıl rayonu Horovlu kәnd yaşayış mәntәqәsindә 2, 3, 4 vә 5 otaqlı fәrdi yaşayış evlәrinin tikintisi” obyeki üzrә smeta vә müqavilәyә layihәdәki hәcmlәrdәn artıq hәcmin daxil edilmәsi işlәrin müqavilә dәyәrini ümumilikdә 996 min manat artırıb.
2022-ci ildә dövlәt sifarişli öhdәliklәrin icrası üçün maliyyәlәşdirilmiş vәsaitin istifadәsindә bir mәnbәdәn satınalma metodu tәtbiq edilmәklә bağlanılmış әhәmiyyәtli sayda satınalma müqavilәlәri üzrә ehtimal olunan qiymәtin müәyyәn edilmәmәsi dövlәt satınalmalarını tәnzimlәyәn qanunvericilik aktlarının tәlәblәrinin gözlәnilmәmәsi ilә yanaşı rәqabәt mühitinin dә pozulmasına sәbәb olub.
Zәngilan rayonu Ağalı kәndindә Xidmәtin strukturunda çalışan işğaldan azad edilmiş әrazilәrdә işlәyәn mütәxәssislәrin işinin xüsusiyyәtlәri nәzәrә alınmaqla mәskunlaşmaları ilә bağlı әmәyin ödәnişi üzrә qanunvericiliklә müәyyәn edilmiş әlavәnin düzgün tәtbiq edilmәmәsi hesablaşmada әsas olmadan ümumilikdә 137,3 min manat vәsaitin artıq ödәnilmәsi ilә nәticәlәnib.
Palata müәyyәn olunmuş nöqsanlarla bağlı Xidmətə bir sıra təkliflər və tövsiyyələr verib.