9 C
Baku
Friday, December 13, 2024

Dövlət Xidmətinin regional idarələrində işçilərin sayı müəyyənləşdi – Qərar

Nazirlər Kabineti “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin regional idarələrinin ərazi mənsubiyyətinin, ştat sayının müəyyən edilməsi və bununla bağlı maddi-texniki təminat məsələlərinin həlli haqqında” qərar verib.

Banker.az xəbər verir ki, qərara əsasən,  Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin regional idarələrinin ərazi mənsubiyyətinin bölgüsü təsdiqlənib.

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin  Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin regional idarələrinin ərazi mənsubiyyətinin bölgüsü

  1. Dövlət Xidmətinin Bakı Regional İdarəsi İnzibati ərazilər (şəhər, rayon)
  2. Bakı və ətraf qəsəbələri
  3. Abşeron
  4. Dövlət Xidmətinin Şabran Regional İdarəsi

İnzibati ərazilər (şəhər, rayon)

  1. Şabran
  2. Sumqayıt
  3. Qobustan
  4. Xızı
  5. Xaçmaz
  6. Quba
  7. Qusar
  8. Siyəzən
  9. Qubadlı
  10. Şuşa
  11. Xankəndi
  12. Zəngilan
  13. Dövlət Xidmətinin Qəbələ Regional İdarəsi

İnzibati ərazilər (şəhər, rayon)

  1. Qəbələ
  2. Şamaxı
  3. Ağsu
  4. İsmayıllı
  5. Oğuz
  6. Şəki
  7. Qax
  8. Zaqatala
  9. Balakən
  10. Göyçay
  11. Ucar
  12. Zərdab
  13. Ağdaş
  14. Mingəçevir

4

  1. Dövlət Xidmətinin Gəncə Regional İdarəsi

İnzibati ərazilər (şəhər, rayon)

  1. Gəncə
  2. Naftalan
  3. Samux
  4. Goranboy
  5. Yevlax
  6. Bərdə
  7. Tərtər
  8. Ağcabədi
  9. Beyləqan
  10. Göygöl
  11. Ağstafa
  12. Qazax
  13. Tovuz
  14. Şəmkir
  15. Gədəbəy
  16. Daşkəsən
  17. Kəlbəcər
  18. Xocalı
  19. Laçın
  20. Ağdam
  21. Dövlət Xidmətinin Salyan Regional İdarəsi

İnzibati ərazilər (şəhər, rayon)

  1. Salyan
  2. Lənkəran
  3. Astara
  4. Lerik
  5. Yardımlı
  6. Masallı
  7. Cəlilabad
  8. Biləsuvar
  9. Neftçala
  10. Şirvan
  11. Hacıqabul
  12. Sabirabad
  13. Saatlı
  14. İmişli
  15. Kürdəmir
  16. Cəbrayıl
  17. Xocavənd
  18. Füzuli

Qərara əsasən, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin regional idarələrinin işçilərinin say həddi 215 ştat vahidi, o cümlədən regional idarələrin aparatı üzrə cəmi 20 ştat vahidi, abidə mühafizəçiləri üzrə 195 ştat vahidi müəyyən edilib.  Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin regional idarələrinin 2020-ci ildə saxlanılması xərclərinin maliyyələşdirilməsi Azərbaycan Respublikasının 2020-ci ilin dövlət büdcəsində “Mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət” bölməsində Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti üçün nəzərdə tutulmuş vəsait hesabına həyata keçiriləcək.

Son xəbərlər
Digər xəbərlər