13 C
Baku
Saturday, May 18, 2024

Dövlət Xidmətinin təşəbbüsü ilə “Auto Azerbaijan” barəsində iş qaldırılıb – SƏBƏB?

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin təşəbbüsü ilə Azərbaycanda avtomobil satışlarını həyata keçirən “Auto Azerbaijan” MMC barəsində iş qaldırılıb.

Banker.az xəbər verir ki, işin ümumi hallarında “Auto Azərbaycan” MMC tərəfindən minik avtomobillərinin satışı zamanı bağladığı müqavilə şərtlərinin haqsız reqabət qanunvericiliyinin tələblərinə uyğunluğunun araşdırılması nəzərdə tutulur. İşə 7 may tarixində baxılacaq.

“Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin üçüncü ve beşinci abzaslarının tələblərinin pozulması əlamətləri aşkar edildiyi bildirilir. Üçüncü abzasında “əmtəələrin məcburi əlavə çeşidlə satışı” və beşinci abzas isə “qiymətlərinin artırılması nəzərdə tutulduğu günədək, yaxud qiymətlərin artmasına şərait yaratmaq məqsədilə əmtəələrin təsərrüfat dövriyyəsindən çıxarılması və ya dövriyyəyə buraxılmaması” ilə bağlıdır.

Xatırladaq ki, “Auto Azərbaycan” şirkəti 1996-cı ildən fəaliyyət göstərir. Başda avtomobil olmaqla, pərakəndə və maliyyə sahələrində də fəaliyyət göstərən “NAB Holding”ə daxildir. “Hyundai” avtomobil markasının rəsmi eksklüziv distribütorudur.

“Haqsız rəqabət haqqında” 7-ci maddəsinə görə haqsız sahibkarlıq fəaliyyəti ilə bağlıdır.

Sahibkarlıq fəaliyyəti sahəsində aşağıdakı hərəkətlərə yol verilmir:

  • bazar subyektinin elmi-texniki, istehsal və ya ticarət fəaliyyətinə dair məlumatların, o cümlədən kommersiya sirrinin qanunsuz əldə edilməsi, istifadə olunması və yayılması;
  • rəqibin üzərində əsassız üstünlük qazanmaq məqsədilə onun təsərrüfat qərarlarının qəbul edilməsinə və icrasına qanunsuz vasitələrlə təsir göstərilməsi;
  • əmtəələrin məcburi əlavə çeşidlə satışı;
  • müqavilələrdə əsassız birtərəfli üstünlüklərin nəzərdə tutulması;
  • qiymətlərinin artırılması nəzərdə tutulduğu günədək, yaxud qiymətlərin artmasına şərait yaratmaq məqsədilə əmtəələrin təsərrüfat dövriyyəsindən çıxarılması və ya dövriyyəyə buraxılmaması.
Son xəbərlər
 ⁠
Digər xəbərlər