16 C
Baku
Thursday, April 25, 2024

Dövlət zəmanəti verilmiş kreditlərin həcmi 31 milyon manatı ötüb

Bugünədək Azərbaycanda dövlət xətti ilə zəmanət və subsidiyalar verilmiş kreditlərin məbləği 31 milyon 99 min manat təşkil edib.

Report Agentliyi bu barədə İpoteka və Kredit Zəmanət Fonduna istinadən xəbər verilir.

Məlumata görə, ötən ayla müqayisədə bu rəqəm 1 mln 975 min manat və ya 6,4% çox olub.

Qeyd edək ki, zəmanət verilmiş kreditlər əsasən qida sənayesi məhsullarının istehsalı, kənd təsərrüfatı, ticarət xidmətləri, maşın və avadanlıq istehsalı, eləcə də digər sənaye məhsullarının istehsalı və emalı sahələrinə ayrılıb.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər