10 C
Baku
Thursday, December 12, 2024

Dövlətdə çalışanların banklardan götürdüyü istehlak krediti 2.76 mlrd. manata çatıb

Azərbaycanda 2022-ci ildə banklardan istehlak kreditləri götürən şəxslərin 48%-i dövlət sektorunda çalışanlardır.

Banker.az Azərbaycan Mərkəzi Bankının açıqlamasında bildirilir.

Dövlət sektorunda çalışan işçilərin banklardan əldə etdiyi istehlak kreditlərinin həcmi  2 milyard 762 milyon manat təşkil edib.

Bu illik müqayisədə  457 milyon manat və ya 20% artımdır.

2021-ci ildə dövlət sektorunda çalışan istehlak krediti götürənlərin payı 51% təşkil edirdi.

Xatırladaq ki, 1 yanvar 2023-cü il tarixinə istehlak kreditlərin həcmi 5 mlrd. 754 mln. manat (2021: 4 mlrd. 519 mln. manat) olub.

Son xəbərlər
Digər xəbərlər