8 C
Baku
Sunday, December 1, 2024

Dövlətin 2 illik istiqrazlarının da gəlirliyi düşdü

10 avqust 2021-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin (AZ0105025883 ISIN-li) 10 mln. manat həcmində, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Banker.az-a bu barədə BFB-dan bildirilir.

Hərrac zamanı 10 investor tərəfindən qiymət intervalı 100.2238 AZN (5.8797%)101.5201 AZN (5.19%) olan 16 sifariş təqdim edilmişdir. Qeyd edək ki, sonuncu dəfə bu müddətə keçirilən hərrac zamanı 10 investor tərəfindən qiymət intervalı 99.0762 AZN (6.5000%) və 101.2175 AZN (5.3500%) olan 19 sifariş təqdim edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 101.0383 AZN (5.4450%), orta ölçülmüş qiyməti 101.3764 AZN (5.2659%) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 64,704,800 manat yerləşdirilmiş həcmi isə 15,000,000 manat təşkil edilmişdir.

İstiqrazların ödəmə tarixi 8 avqust 2023-cü il.

Hərrac iştirakçıları 11 avqust 2021-ci il (T+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

Qeyd: Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.

Son xəbərlər
Digər xəbərlər