10 C
Baku
Wednesday, December 11, 2024

Dövlətin 3 illik istiqrazlarının gəlirliliyi artıb

4 iyul 2023-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0201040166 ISIN-li, 60 mln. manat həcmində, 1092 gün olan tədavül müddətli Kuponlu, Dövlət Ortamüddətli İstiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

Bu barədə Banker.az-a BFB-dən bildirilir.

Hərrac zamanı 24 investor tərəfindən qiymət intervalı 83.3383 (13.99%) manat və 96.7369 (8.25%) manat olan 56 sifariş təqdim edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 92.6284 (9.9%) manat, orta ölçülmüş qiyməti 94.2861 (9.2236%) manat müəyyən edilmişdir. Sonuncu dəfə 24 iyun 2023-cü ildə 3 illik DOİ-lər üzrə hərrac keçirilmişdi və orta gəlirliliyi 8.82% təşkil etmişdi. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 177,924,100 manat, yerləşdirilmiş həcmi isə 90,000,000 manat təşkil edilmişdir.

İstiqrazların ödəmə tarixi 30 iyun 2026-cı il.

Hərrac iştirakçıları 5 iyul 2023-cü il tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

Qeyd: Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.

Son xəbərlər
Digər xəbərlər