7 oktyabr 2025-ci il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin üç illik Dövlət Ortamüddətli İstiqrazları (DOİ) üzrə hərrac keçirilib.
Banker.az xəbər verir ki, hərracda orta gəlirlilik 7.63 faiz olub. Bu 23 sentyabr 2025-ci il tarixindəki 7.75 faizdən aşağıdır.
İstiqrazların buraxılışı üzrə məlumatlar aşağıdakı kimidir:
Emitent | Azərbaycan Respublikasının Maliyyə Nazirliyi |
Dövlət istiqrazının növü | Kuponlu, ortamüddətli, dövlət istiqrazları |
Dövlət qeydiyyat nömrəsi – İSİN | AZ0201120042 |
İstiqrazların tədavül müddəti, | 1080 gün |
Buraxılış həcmi | 20,000,000 manat |
Nominal dəyəri | 100 manat |
Minimal qiymət | 92.4470 (10.4999%) manat |
Maksimal qiymət | 100.5302 (7.3000%) manat |
Kəsmə qiyməti | 99.2635 (7.7799%) manat |
Ortaçəkili qiyməti | 99.6679 (7.6259%) manat |
Reallaşdırılmış həcmi | 19,263,800.00 manat |
Sifarişlərin Ümumi həcmi (nominal qiymətlə) | 86,457,800.00 manat |
İnvestor sayı | 14 |
Sifarişlərin sayı | 31 |
Ödəmə tarixi | 07.10.2028 |
Anderrayter | “PAŞA Kapital İ.Ş.” QSC |