3 C
Baku
Saturday, December 14, 2024

Dövlətin ABB-si kapital artımına gedir

Bu il mayın 20-də “Azərbaycan Beynəlxalq Bankı”nın (ABB) səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

Banker.az bu barədə Banka istinadən xəbər verir.

Ümumi yığıncağın gündəliyində duran məsələlər sırasına ASC-nin kənar auditor tərəfindən yoxlanılmış 2023-cü ilin maliyyə hesabatları və idarəetmə hesabatının təsdiq edilməsi, 2023-cü ilin maliyyə nəticələrinə əsasən bankın səhmdarlarına dividendin ödənilməsi, bankın Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi, bundan əlavə İdarə Heyəti sədrinin təyin edilməsi məsələləri daxildir.

Bundan əlavə, “Banklarda korporativ idarəetmə Standartları”nın tələblərinə əsasən ABB-nin bir sıra əməkdaşların mükafatlarının təxirə salınması, əlavə səhmlərin buraxılması yolu ilə bankın nizamnamə kapitalının artırılması, ASC-nin Nizamnaməsinin və Müşahidə Şurası haqqında Əsasnamənin yeni redaksiyada təsdiq edilməsi məsələləri də gündəlikdə müzakirə ediləcək.

Xatırladaq ki, ABB 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1 milyard 241.29 milyon manatdır. Bankın səhmlərinin 91,4 %-i Maliyyə Nazirliyinə, 3,76 %-i İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, 0,13 %-i “Aqrarkredit” QSC bank olmayan kredit təşkilatına, 4,71 %-i isə fiziki və hüquqi şəxslərə məxsusdur.

 

Son xəbərlər
Digər xəbərlər