29 C
Baku
Thursday, August 28, 2025

Dövlətin “e-tender”ində ilk yarımildəki satınlamaların həcmi $1.6 milyardı keçib

2025-ci ilin ilk yarımilində Azərbaycanda elektron dövlət satınalmalarının həcmi 1,63 mlrd. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 12,2% çoxdur.

Banker.az Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə istinadən xəbər verir ki, hesabat dövründə elektron tenderlər nəticəsində dövlət büdcəsinə 329,2 mln. manat qənaət olunub, bu da əvvəlki illə müqayisədə 38,6% artım deməkdir.

Satınalmalarda orta iştirakçı sayı 3,7 nəfər olub, açıq tenderlər üzrə göstərici 7,5% artaraq 4,3-ə yüksəlib. Kotirovka sorğusu metodunda isə orta iştirakçı sayı dəyişməyərək 3,4 təşkil edib.

Agentliyə satınalmalarda maneələrlə bağlı 789, digər məsələlərlə əlaqədar isə 239 müraciət daxil olub. Qanun pozuntuları səbəbindən 501 yekun protokol ləğv edilib.

Qeyd edək ki, satınalma proseslərinin sadələşdirilməsi məqsədilə “E-tender.gov.az” portalı Mərkəzi Bank, Dövlət Vergi Xidməti, Ədliyyə Nazirliyi və Daxili İşlər Nazirliyi ilə inteqrasiya olunub.

Son xəbərlər
Digər xəbərlər