16 iyul 2024-cü il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin 728 gün olan istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
Banker.az BFB-yə istinadən xəbər verir ki, iki illik dövlət istiqrazlarının orta gəlirliyi 9.06% olmaqla 2023-cü ilin yanvarından bu tərəfə maksiumuma yüksəlib.
İstiqrazların buraxılışı üzrə məlumatlar aşağıdakı kimidir:
|
Emitent |
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi |
|
Dövlət istiqrazının növü |
Kuponlu, ortamüddətli dövlət istiqrazları |
|
Dövlət qeydiyyat nömrəsi – İSİN |
AZ0201070171 |
|
İstiqrazların tədavül müddəti |
728 gün |
|
Buraxılış həcmi |
60,000,000 manat |
|
Nominal dəyəri |
100 manat |
|
Minimal qiymət |
94.7016 (9.47%) manat |
|
Maksimal qiymət |
96.3920 (8.4996%) manat |
|
Kəsmə qiyməti |
95.1681 (9.2%) manat |
|
Ortaçəkili qiyməti |
95.4164 (9.057%) manat |
|
Reallaşdırılmış həcmi |
60,000,000 manat |
|
Sifarişlərin Ümumi həcmi (nominal qiymətlə) |
139,821,300 manat |
|
İnvestor sayı |
15 |
|
Sifarişlərin sayı |
32 |
|
Ödəmə tarixi |
14.07.2026 |
|
Anderrayter |
PAŞA Kapital İŞ QSC |







