14 C
Baku
Wednesday, April 17, 2024

“Dövlətin kabel qurğularından icazəsiz istifadə olunur”

“Azərbaycanda müxtəlif dövlət təşkilatları və özəl rabitə operatorları dövlətə məxsus rabitə müəssisələrinin balansındakı kabel qurğularından icazəsiz və dəyəri ödənilmədən istifadə edirlər, halbuki həmin qurğuların texniki normalara uyğun saxlanılması və təmiri kifayət qədər investisiya tutumludur”.

Bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rövşən Rüstəmov Bakıda keçirilən “Azərbaycanda rəqəmsal inkişaf və nəqliyyat sahəsi üzrə prioritetlər” mövzusunda seminarda bildirib.

“Telekommunikasiya sektoru ölkəmizdə ən aktiv sektorlardan biridir, bu sahədə müxtəlif operatorlar rəqabət şəraitində fəaliyyət göstərirlər. Lakin burada müəyyən çatışmazlıqlar var idi. Bazarın sabit və mobil rabitə iştirakçılarını mövcud qanunvericilik və qaydalar çərçivəsində tənzimləməkdə çətinliklər yaşanırdı. Bu hal sahənin dövlət tənzimlənməsi üzrə effektiv mexanizmlərin olmaması ilə əlaqədar idi. Belə ki, bəzi mobil operatorları etibarlılıq müddəti bitmiş lisenziyalarla, başqa sözlə, lisenziyasız fəaliyyət göstərirdilər. İnternet xidmətləri sahəsində özəl bazar oyunçuları standartlardan kənar infrastruktur qurur və fərqli yollarla ərazilərdə internet xidmətləri təklif edirlər. Xidmət səviyyəsi və xətlərin çəkilişi üzrə keyfiyyət standartı yoxdur. Qeyd edilənləri nəzərə alaraq, nazirliyin sahənin dövlət tənzimləməsi üzrə mütərəqqi mexanizmlərin formalaşdırılması barədə qanunvericilik təklifləri əsasında nazirliyin tabeliyində olmaqla publik hüquqi şəxs şəklində peşəkar tənzimləyici qurum – İnformasiya Kommunikasiya Texnologiyalar Agentliyi yaradılıb. Hazırda Agentliyin formalaşdırılması, effektiv alətlərlə gücləndirilməsi üzrə işlər aparılır. Bununla paralel olaraq, görülmüş işlər nəticəsində artıq mobil operatorların lisenziyalaşdırılması tam təmin edilib”, – deyə o, qeyd edib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər