“ARGS Holding”ə daxil olan şüşə istehsalı ilə məşğul olan “AzerFloat” ASC-nin nizamnamə kapitalı 4 000 manatdan 13 135 500 manata yüksəldilib.
Banker.az xəbər verir ki, kapital artımı İqtisadiyyat Nazirliyi yanında Azərbaycan Biznesinin İnkişafı Fondu (ABIF) ilə “ARGS Holding” MMC arasında imzalanmış birgə iştirak müqaviləsindən sonra həyata keçirilmişdi.
Müqavilə Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (AIIF-2025) çərçivəsində bağlanıb.
Qeyd edək ki, sənədi ABIF-in baş direktoru Yasin Cəlilov və “ARGS Holding” MMC-nin icraçı direktoru imzalamışdı.