13 C
Baku
Friday, November 22, 2024

Dövlətin xarici təşkilatlarla birgə investisiya şirkətinin kapitalı 3.4 mln. manat endirilib

“Xəzər Beynəlxalq İnvestisiya Şirkəti” QSC nizamnamə kapitalını daha 3 399 920 manat və yaxud 12,3 % azaldaraq 27 601 280.16 manatdan 24 201 360.32 manata endirilib.

Banker.az xəbər verir ki, bunun üçün şirkətin dövriyyədə olan 36 472 səhminin nominal dəyərinin 756.78 manatdan 663.56 manata endilib.

Şirkətin yaradılmasında beynəlxalq investorlarının iştirakı ilə şəriət prinsipləri əsasında fəaliyyət göstərən müştərək investisiya şirkətinin yaradılması və ölkədə qeyri-neft sektorunda layihələri həyata keçirməkdir.

Xatırladaq ki, “Xəzər Beynəlxalq İnvestisiya Şirkəti” 2008-ci ildə yaradılıb. Onun səhmdarları 28 % payla İslam İnkişaf Bankı, 24 % payla İqtisadiyyat Nazirliyinə məxsus “Azərbaycan İnvestisiya Şirkəti” ASC, 18 % payla Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası, 16 % payla “Al Ahmar Group for Trading, Industrial & General Agencies” və 14 % payla “Saham Holding Company”dir.

Son xəbərlər
Digər xəbərlər