2023-cü ilin ilk 11 ayında Azərbaycanda Respublikasının dövlət büdcəsinin profisiti 486.8 milyon manat təşkil edib. Oktyabra qədər 217.8 milyon manat kəsir var idi.
Banker.az bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Belə ki, dövlət büdcəsinin gəlirləri illik müqayisədə 2.3 faiz artaraq 29 milyard 642 milyon manat təşkil edib.
Dövlət büdcəsinin xərcləri 29 milyard 155.2 milyon manat olmaqla illik 12.2 faiz artıb.