26 C
Baku
Friday, April 19, 2024

Azərbaycanda dövriyyədə olan hər 196 min kağız pul nişanından 1-i saxtadır

2018-ci ildə Azərbaycan Mərkəzi Bankı 9,8 milyard manatlıq və yaxud 431 milyon ədəd pul nişanını dövriyyədən çıxarıb, 10,1 milyard manatlıq və yaxud 486 milyon ədəd pul nişanını isə dövriyyəyə buraxıb.

Report agentliyi bu barədə quruma istinadən xəbər verir.

Son nəticədə ötən il dövriyyədə olan pul kütləsinin dəyəri 224 milon manat (2,8%) və yaxud 55 milyon ədəd artaraq hesabat dövrünün sonuna 8,4 milyard manat təşkil edib.

Bu ilin əvvəlində dövriyyədə olan hər 196 min ədəd kağız pul nişanına 1 ədəd saxta pul nişanı düşüb. Müqayisədə üçün bildirək ki, bu rəqəm avro üzrə 30 min ədəd, ABŞ dolları üzrə 5 min ədəd, Rusiya rublu üzrə isə 132 min ədəddir. 

Son xəbərlər
Digər xəbərlər