27 C
Baku
Thursday, July 18, 2024

Dövriyyədə olan kredit kartlarının sayı 26% artıb

Bank sistemi üzrə 2022 –ci noyabr ayının sonunda dövriyyədə olan kredit kartlarının sayı 1730 ədəd təşkil edib ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 364 ədəd (26.6%) artım deməkdir.

Bu barədə Banker.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Kredit kartlarının sayının artması ilə onunla aparılan əməliyyatların həcmi də böyüyüb. Belə ki, kredit kartları ilə aparılan əməliyyatların həcmi aylıq müqayisədə 4.3% artaraq 338 milyon manat olub.

Qeyd edək ki, dövriyyədə olan ödəniş kartlarının ümumi sayı ötən aya nəzərən 152 min ədəd (1.1%) artaraq 13 milyon 132 min ədəd təşkil edib.

Son xəbərlər
Digər xəbərlər