22 C
Baku
Sunday, June 26, 2022

Dövriyyəsi iki qat azaldı

Bu ilin yanvar-oktyabr aylarında “Bakı Fond Birjası” QSC-də (BFB) bütün maliyyə alətləri üzrə 4,403 mlrd. manatlıq əqd bağlanılıb. BFB-dən verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 44,7% azdır.

Son bir ildə bağlanmış əqdlərin sayı isə 18% azalaraq 36 385-ə düşüb.

Birjanın ümumi dövriyyəsinin 81,8%-i və yaxud 3,603 mlrd. manatı törəmə maliyyə alətlərinin (valyuta, əmtəə) payına düşüb. Bu, illik müqayisədə 38,9% azdır.

ELƏCƏDƏ BAX:

Cari ilin ilk 10 ayında Maliyyə Nazirliyinin buraxdığı dövlət istiqrazları isə fond bazarının 10,3%-ni və yaxud 455 mln. manatlıq hissəsini əhatə edib. Ötən ilin yanvar-oktyabr ayları ilə müqayisədə bu bazarda 2,37 dəfə artım olub.

Əvəzində səhm bazarının həcmi 57,4% azalaraq 117 mln. manat, istiqraz bazarının həcmi isə 86,3% azalaraq 226 mln. manat təşkil edib.

Repo əməliyyatlarında azalma isə daha kəskin olub. Belə ki, hesabat dövründə BFB-də cəmi 2,1 mln. manatlıq repo əməliyyatı aparılıb ki, bu da son bir ildə təxminən 47 dəfə azalma deməkdir.

Report

Son xəbərlər
Oxşar xəbərlər