1 Aprel tarixində Azərbaycanda pul bazası 8 919,2 mln manat təşkil edib.
Banker.az Mərkəzi Banka istinadən xəbər verir ki, ölkədə pul bazası 8 919,2 mln manat təşkil edib ki, bu da ötən ay ilə müqayisədə 816.9 mln manat, yəni 8% azdır.
Həmçinin sərbəst və məcburi bank ehtiyatlarında da dəyişikliklər müşahidə olunub. Belə ki, sərbəst bank ehtiyatları bir ay ərzində 20% azalaraq, 693.9 mln manat, məcburi ehtiyatlar isə 6% artaraq 165,5 mln manat təşkil edib.
O cümlədən dövriyyədə olan nağd pullar da azalma qeydə alınıb. Belə ki, son bir ay ərzində dövriyyədə olan nağd pullar 645.6 mln manat və yaxud 7% azalaraq, 8 055,5 mln manat, bank ehtiyatları isə 16% azalaraq 859,4 mln manat təşkil edib. Dövriyyədə olan nağd pul kütləsinin pul bazasına nisbəti isə 90,3%-ə bərabər olub.
Qeyd edək ki, Pul bazası dedikdə,pul kütləsinin Mərkəzi Bank tərəfindən qısa müddət ərzində dəyişdirilə bilən hissəsi nəzərdə tutulur. Pul bazasının tərkibinə dövriyyədə olan nağd pul və bank ehtiyatları (kommersiya banklarının Mərkəzi Bankdakı müxbir hesablarının qalıqları) daxildir.