9 C
Baku
Friday, February 20, 2026

Dövriyyədə olan steyblkoinlərin həcminin azalması nə ilə nəticələnə bilər?

Bitcoin-in ucuzlaşması kriptoşirkətlər bazarındakı coşqunu azaldıb. Lakin daha ciddi siqnal dövriyyədə olan steyblkoinlərin həcminin azalması ola bilər. Bu barədə The Wall Street Journal yazır.

Volatilliyi yüksək olan tokenlərdən fərqli olaraq, steyblkoinlərin məzənnəsi dollara bağlanır və onlar spekulyasiya üçün nəzərdə tutulmayıb. Bununla belə, emissiya həcmi birbaşa tələbdən asılıdır.

CoinGecko məlumatlarına görə, dollara indekslənmiş yeddi ən böyük steyblkoinin ümumi bazar kapitallaşması dekabr zirvəsi ilə müqayisədə təxminən 2% azalıb. Hələlik bu, mülayim korreksiya kimi qiymətləndirilir. Lakin ötən il ABŞ-da tənzimləmə ilə bağlı gözləntilər fonunda müşahidə olunan sabit artımın dayanması diqqət çəkir.

Coinbase kimi şirkətlər üçün dövriyyədə olan steyblkoinlərin dinamikası həssas göstəricidir. Onların azalması kriptoekosistemindən kapital axınını və ticarət aktivliyinin zəifləməsini göstərə bilər.

Coinbase-in əməliyyat gəlirlərinin ən böyük hissəsi Bitcoin əməliyyatlarından formalaşır. Bu il Bitcoin-in qiyməti təxminən 25% azalıb. Şirkətin öz səhmləri isə demək olar ki, 40% ucuzlaşıb.

Bunun fonunda Coinbase maliyyə nəticələrini bazar volatilliyindən daha az asılı etmək üçün steyblkoinlərə üstünlük verir. Şirkət ödəniş platforması Circle ilə tərəfdaşlıq çərçivəsində USDC dövriyyəsindən əldə olunan gəlirin bir hissəsini alır və bu seqment 2025-ci ildə rekord səviyyəyə çatmışdı.

Lakin rəqəmsal aktivlər üzrə dövriyyənin azalması bütövlükdə sektora təzyiq göstərir. Circle, Robinhood və digər bazar iştirakçılarının səhmləri də ucuzlaşır.

Son xəbərlər
Digər xəbərlər