Bu ilin yanvar-sentyabr ayları ərzində Bakı Fond Birjasında bütün alətlər üzrə keçirilən əqdlərin ümumi həcmi 3 669 929 653,92 manat təşkil edib.
Reportun BFB-yə istinadən verdiyi xəbərə görə,ötən ilin müvafiq dövrü ilə müqayisədə BFB-da kəskin azalma (-2,1 dəfə) müşahidə olunub. Ötən ilin müvafiq dövründə bu göstərici 7 541 778 843,57 manat olub.
Hesabat dövründə dövlət qiymətli kağızlar bazarı 19,2 dəfə artaraq 19 777 808,9 manatdan 380 109 643,9 manata çatıb. Pay bazarı isə 5,8 dəfə azalaraq 156 267 956,9 manatdan 26 933 165,9 manata, borc alətləri bazarı 29,9 dəfə azalaraq 1 576 045 828,29 manatdan 52 737 534,44 manata enib.