1 C
Baku
Saturday, December 14, 2024

Dövriyyəsi kəskin azalıb

Bu ilin yanvar-iyul ayları ərzində Bakı Fond Birjasında (BFB) bütün alətlər üzrə keçirilən əqdlərin ümumi həcmi 2 239 282 054,89 manat təşkil edib.

“Report”un BFB-yə istinadən verdiyi xəbərə görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə BFB-da kəskin azalma (-3,2 dəfə) müşahidə olunub. Ötən ilin müvafiq dövründə bu göstərici 7 078 178 248,10 manat olub.

Hesabat dövründə dövlət qiymətli kağızlar bazarı 15,9 dəfə artaraq 18 649 324,15 manatdan 296 656 862,72 manata çatıb. Pay bazarı isə 5,5 dəfə azalaraq 145 166 652,6 manatdan 26 320 263,44 manata, borc alətləri bazarı 32,8 dəfə azalaraq 1 359 255 891,36 manatdan 41 505 377,58 manata enib.

Son xəbərlər
Digər xəbərlər