34 C
Baku
Friday, August 1, 2025

Dövriyyəyə saxta xarici valyutanın buraxılmasının qarşısı alınıb

Daxili işlər orqanları ölkənin maliyyə sisteminə ciddi təhlükə yaradan saxta pulların hazırlanması və dövriyyəyə buraxılmasının qarşısının alınması istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən mənbəyə bildirilib ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Bakı şəhər sakinləri əvvəllər məhkum olunmuş Nahid Nağıyevin tanışı Fəzail Cəlilovla birlikdə saxta ABŞ dollarının satışı ilə məşğul olmaları barədə məlumat daxil olub.

Keçirilən xüsusi əməliyyat nəticəsində hər iki şəxs 10000 saxta ABŞ dollarını 3000 dollara satmaq istəyən zaman cinayət başında yaxalanıblar. Saxlanılan şəxslər ifadələri zamanı saxta pul əsginaslarını xarici dövlətlərdən birində əldə etdikdən sonra ölkəmizə gətirdiklərini bildiriblər.

Ekspert rəyi ilə müəyyən edilib ki, aşkar edilən xarici valyutanın müdafiə nişanları ustalıqla saxtalaşdırılıb və həqiqi pul əsginaslarından çətinliklə seçilir.

Qeyd edilən faktla bağlı Baş İdarənin İstintaq Şöbəsində cinayət işi başlanıb. Araşdırmalar davam etdirilir.

9ddc58c6-fd85-4064-8c30-8eba5d764f7f 54ae5e36-679c-41fe-9e59-f73fd175bf8d fbf26bb6-e6b6-4023-8ce4-26d85f30a9a4

Report

Son xəbərlər
Digər xəbərlər