27 C
Baku
Tuesday, May 28, 2024

Dövrün sonu: dünyanın ən böyük mərkəzi bankları dollardan imtina edirlər?

Amerika valyutası ABŞ-ın aqressiv xarici iqtisadi siyasəti və külli miqdarda xarici borcu ucbatından dövlət ehtiyatlarından sıxışdırılır. Eyni zamanda, üzən məzənnə şəraitində dollar toplamağa ehtiyac qalmır. İnkişaf etməkdə olan bazarlar milli valyutalarda hesablaşmalara keçir. İqtisadçılar əmindirlər ki, maliyyə dünyası bir daha əvvəlki kimi olmayacaq.

İsveçrənin “Credit Suisse” bankının tədqiqat institutun analitikləri “Pul sisteminin gələcəyi” adlı hesabatda ABŞ iqtisadiyyatına inamın itməsinə işarə edirlər. Buna inflyasiyanın sürətlənməsi, böyük büdcə kəsiri (1.3 trilyon dollar) və dayanıqlı olmayan xarici borc (31 trilyon dollar və ya ÜDM-in 121.5 faizi) kömək edir. Bundan əlavə, iqtisadi qarşıdurmada dollardan silah kimi istifadə etmək cəhdləri heç kimin xoşuna gəlmir.

Rezervlərdən sıxışdırılır

Əgər 1970-ci illərdə dollar dünya ehtiyatlarının 80 faizini təşkil edirdisə, 2022-ci ildə bu, 58.8 faiz olub.

Üzən məzənnə şəraitində ehtiyatların milli valyutanın ucuzlaşmasına qarşı qoruyucu mexanizm kimi istifadə edilməsi artıq aktual deyil. Analitiklər qeyd edirlər ki, ardıcıl pul siyasəti ilə bazarın özü optimal nöqtədə tarazlıq tapır.

Maliyyə blokları

İqtisadçılar Rusiyanın Çin və Hindistanla qurduğu ticarət ittifaqını buna misal gətirirlər. Ötən il Moskva Pekin, sonra isə Dehli ilə hesablaşmaları milli valyutada həyata keçirib. Çinlilər və hindlilər Rusiya məhsulları üçün yalnız yuan və rupi ilə ödəniş edirlər.

“Diplomatik və hərbi münaqişələr beynəlxalq ticarəti yenidən formalaşdırır. Dünya gücləri öz maliyyə və iqtisadi bloklarını yaradırlar. Zaman keçdikcə bu bloklar daxilində qarşılıqlı hesablaşmaları sadələşdirən yeni valyutalar yarana bilər”, – məruzədə deyilir.

Yeni hegemon

“Credit Suisse” bütün prosesləri təhlil etdikdən sonra bir neçə ssenari müəyyən edib. O cümlədən qlobal valyutanın və ya yeni hegemon yaranması ideyası.

Yuanın bu rola layiq görülməsi üçün onun beynəlxalq ticarətdəki payı indiki üç faizdən eksponent olaraq artmalıdır. İndi onun dünyadakı dəyəri son dərəcə məhduddur -o, tam konvertasiya edilə bilən valyuta deyil. Bundan əlavə, yuanın məzənnəsi Çin Xalq Bankının hərəkətlərindən çox asılıdır.

Daha real ssenari çoxqütblü maliyyə sisteminin yaranmasıdır. Buna milli valyutalarla ticarətin genişləndirilməsi və regional kapital bazarının inkişafı kömək edəcək. Məsələn, BRİKS artıq öz valyuta ehtiyatları “hovuzu” yaradıb.

Valyuta zonaları

Eyni zamanda, uzunmüddətli perspektivdə millətlərüstü pul vahidinin yaranması mümkündür.

Variantlar müxtəlif ola bilər: yuan və dollar, yuan, dollar və avro və ya başqaları – hər şey Çin və ABŞ arasındakı qarşıdurmanın dağıdıcılıq dərəcəsindən asılıdır.

Bununla belə, ehtiyat valyutası hər zaman bir dövləti digərindən asılı edir. Buna görə də, dünya vahid dövlətüstü pul vahidinə üstünlük verə bilər. Bu baxımdan müxtəlif mərkəzi bankların buraxdığı rəqəmsal valyutalara üstünlük verilə bilər.

Son xəbərlər
 ⁠
Digər xəbərlər