4 C
Baku
Çərşənbə axşamı, Noyabr 30, 2021

“Dow Jones” tarixi maksimumu yeniləyib

ABŞ-ın “Dow Jones” sənaye indeksi ilk dəfə olaraq 27000 bəndi keçib. Banker.az xəbər verir ki, bu barədə ticarət platformasının saytında yerləşdirilən məlumatlarda deyilir.

Verilən məlumata görə, ticarətin ilk saatı ərzində indeks 130 bənddən çox (təxminən 0.5%) yüksələrək 27000 bənd səviyyəsini keçib. ABŞ-ın Şərqi sahil vaxtı ilə 11:35-də indeks 26 961bənd səviyyəsinə düşüb. Ticarət sessiyası davam edir.

Xatırladaq ki, “Dow Jones” indeksi 26 min bəndi ilk dəfə 2018-ci il 17 yanvar tarixində keçib. Çərşənbə günü ABŞ indeksləri Federal Ehtiyatlar Sisteminin (FED) Mərkəzi Bankın sədri Cerom Pauellin açıqlamalarına reaksiya verib.

Son xəbərlər
Oxşar xəbərlər
X