12 C
Baku
Cümə, Dekabr 3, 2021

“Dow Jones” və “S&P 500” yeni tarixi maksimuma çatıb

ABŞ-ın fond bazarı çərşənbə axşamı günü ticarətini “Dow Jones” və “S&P 500” indekslərinin rekord yüksəlişi ilə başa çatdırıb.

Banker.az xəbər verir ki, makroiqtisadi məlumatların dərc olunmasından sonra baş verib.

“Dow Jones” (DJIA) sənaye indeksi 0.04% artaraq 35 756.88 bəndə çatıb, “S&P 500” isə 0.18%, 4 674.79. Yüksək texnoloji şirkətlərin indeksi “NASDAQ” 0.06% artaraq 15 235.71 bəndə yüksəlib.

Korporativ nikbinlik rübü 1.2 milyard ABŞ dolları məbləğində xalis mənfəətlə başa çatdıran “General Electric” konserninin açıqlaması ilə əlaqəli olub – şirkətin səhmləri 1.99% bahalaşıb.

Bazar ertəsi etirazından sonra “Tesla”nın səhmləri 0.63% ucuzlaşıb. Dünyanın ən böyük sosial şəbəkəsi “Facebook” isə davam edən ifşalardan sonra dəyərinin 3.92%-ni itirib.

Son xəbərlər
Oxşar xəbərlər
X