ABŞ fond birjalarındakı səhmlər əmək bazarındakı müsbət dinamika fonunda artım göstərib, “S&P 500” və “Dow Jones” indeksi tarixi rekord səviyyəyə çatıb.
ABŞ-ın 500 ən nüfuzlu şirkətini təmsil edən “S&P 500” indeksi 4 077,91 bəndə, “Dow Jones” indeksi isə 33 527,19 bəndə qədər yüksələrək tarixi maksimumlarını yeniləyiblər.
“Nasdaq” elektron indeksi isə 225,49 faiz bəndi artaraq 13 705,59 faiz bəndində qərarlaşıb.
WTI markalı neft isə əksinə 4,33 faiz ucuzlaşaraq 58,79 ABŞ dollarından satılıb.