1 C
Baku
Cümə, Yanvar 21, 2022

Döyüşdə düşməni aciz vəziyyətə salan “Bayraktar”: hansı gücə sahibdir?

Bayraktar TB2— Türkiyənin operativ-taktiki, orta yüksəklikdə uçan qırıcı milli pilotsuz döyüş (PUA) təyyarəsi. Türkiyənin “Baykar Makina” şirkəti tərəfindən istehal edilir. Bu PUA-nın qiyməti 5 mln. ABŞ dolları olduğu deyilir.

2014-cü il iyunun 14-də tam yüklə həyata keçirilmiş uçuş sınağında 27 030 funt (8 238 m) yüksəkliyə qalxmış və 05-06 avqust tarixlərində həyata keçirilmiş uçuş testində tam yüklə 18 000 funt yüksəklikdə 4040 km qət etmiş və 24 saat 34 dəqiqə ərzində uçuş həyata keçirmişdir. 17 dekabr 2015-ci il tarixində 2 Roketsan MAM-L idarəolunan raket atəş sınağında hədəfləri 100% dəqiqliklə vurmağı bacarmışdır.

Mülki aviasiya standartlarına uyğun olaraq hərbi məqsədlərə yarayan Baykar Makina şirkəti tərəfindən yaradılmış Bayraktar TB2 Bayraktar komandası tərəfindən əsas istehsal yeri Türkiyə olmaqla hər kəs üçün istehsal edilmişdir.

Sistem 2015-ci ildə Türkiyə Silahlı Qüvvələri arsenalına daxil edilmişdir. Türk Silahlı Qüvvələrinin həyata keçirdiyi Pəncə Əməliyyatlarında, Suriyadakı vətəndaş müharibəsində və İkinci Liviya vətəndaş müharibəsindəki müdaxilələr dövründəki əməliyyatlarda fəal şəkildə istifadə edilmişdir. Bu sistemdən Türkiyə ordusundan başqa Azərbaycan ordusu, Qətər ordusu və Ukrayna ordusu da istifadə edir. Xüsusilə, ekspertlərin fikirincə 2020-ci ilin sentyabr ayının 27-dən  Azərbaycanın Ermənistan və onun terrorçu birləşmələrinə qarşı Qarabağda apardığı əks-hücum əməliyyatlarında uğurla istifadə olunur. Bununla bağlı Azərbaycan MN-in videolarında Bayraktarın nə qədər dəqiq vurma bacarığının olduğu ortaya çıxır.

2007-ci ildə Müdafiə Sənayesi Xidməti tərəfindən rəqabət əsasında (hər hansı bir AR-GE dəstəyi olmadan) Taktik Pilotsuz Uçuş Aparatı Sisteminin İnkişafı Proqramı başladıldı. Bu proqram çərçivəsində Bayraktar Taktik PUA Sisteminin uçuş testləri (tam avtomatik taksi, qalxma, uçuş, eniş, əyləc və angara qayıtmaq) sərgiləndi və Bayraktar Taktik İHA Sistemi, hədəflənən bütün performans meyarlarını uğurla tamamladı.

Sınaq mərhələlərindən sonra şirkət və İdarə Heyəti arasında 2 Taktik PUA Sisteminin müqavilə danışıqları 2010-cu ilin yanvarında Müdafiə Sənayesi İcra Heyətində başladıldı. 2012-ci ilin yanvar ayında müqavilə imzalanandan sonra Taktik PUA İnkişafı Layihəsi proqramının cədvəli çıxarıldı və iş qrafikə uyğun olaraq istehsala başlandı. Müqavilə imzalandıqdan sonra 2012-ci ilin avqust ayına qədər aparılan ilkin dronqayırma işləri uğurla başa çatdırıldı və kütləvi istehsalın əsası qoyuldu.

İlk prototip sistemlər 2013-cü ilin yanvarında hazırlanmış və bu sistemlərin uçuş sınaqları 2014-cü ilin martında başlamışdır. Testlər davam edərkən, kütləvi istehsala start verilmişdir.

Xarakterikası

  • Uzunluq: 6.5 m
  • Qanad genişliyi: 12 m
  • Maksimum qalxma çəkisi: 650 kq
  • Yük tutumu: 55 kq
  • Maksimum sürət: 222 km/saat
  • Seyredici sürəti: 130 km/s
  • Fəaliyyət radiusu 150 km
  • Ən yüksək hədd: 8200 m
  • Avtonom idarəetmə: 24 saat

PUA Rotax 912 daxili yanma mühərriki ilə təchiz olunmuşdur, gövdə kompozit materiallardan hazırlanmışdır və avtomatik qalxma-enmə sistemi ilə təchiz edilmişdir. Jurnalistlərin fikrincə, PUA-da köhnə hava hücumundan müdafiə sistemlərini zərərsizləşdirmək üçün elektron döyüş avadanlığı ola bilər.

  • 08 iyun 2009-cu il tarixində Bayraktar Blok Keşan Hərbi Hava Limanında ilk avtomatik test uçuşu keçirdi.
  • 3 oktyabr 2009-cu ildə Bayraktar Blok A, Sinop Hava Limanında rəsmi nümayəndə heyətinin iştirakı ilə uçuş sınaqlarını keçirdi.
  • 06 Yanvar 2010 Müdafiə Sənayesi İcra Heyətinin qərarı ilə Baykar ilə 2 Taktik PUA Sistemi üçün müqavilə danışıqlarına başlamağa qərar verildi.
  • Müqavilə 20 dekabr 2011-ci il tarixli idarə heyəti qərarından iki il sonra imzalandı.
  • Taktik PUA İnkişafı Layihəsi 06 yanvar 2012-ci ildə başlamışdır.
  • 29 aprel 2014-cü ildə Bayraktar Blok B ilk avtomatik uçuş sınağı tamamlandı.
  • 14 iyun 2014 tarixində Bayraktardaki B Blokunu tam yüklə 27.030 metr yüksəkliyə qalxaraq Türkiyədəki yüksəklik rekordunu qırdı.
  • 5-6 Avqust 2014 tarixində B Blokunda Bayraktar, 2400 Saat 34 Dəqiqə keçərək cəmi 4.040 km yolda 18.000 metr yüksəklikdə tam yüklənmiş halda havada qalaraq Türkiyə rekordunu qırdı.Maksimum sürət testləri 11 sentyabr 2014-cü il tarixində keçirilmiş avtomatik uçuş testində həyata keçirilmişdir.
  • İlk kütləvi təqdimat 25-28 sentyabr 2014-cü il tarixlərində “İstanbul Airshow”da 2014-də oldu.
  • Təhvil verilmə hazırlıqları 2014-cü ilin noyabr ayında tamamlandı.
  • 17-22 Noyabr 2014-cü il tarixlərində həyata keçirilən qəbul işləri tamamlandı.
  • Baykar Bayraktar TB2, Denizqurdu hərbi təlimlərinə qatıldı.
  • Baykar Bayraktar TB2, iki paket təhvili reallaşdırıldı.
  • Təhlükəsizlik Ümumi Müdirliyi Bayraktar TB2-ni əldə etmək sifarişi verdi.
  • 09 dekabr 2015-ci il tarixindən etibarən ilk 1000 uçuş saatı fasiləsiz tamamlandı.
  • 17 dekabr 2015-ci il tarixində Roketsan MAM-L milli tank əleyhinə idarə olunan bomba (cansız sursat) ilə ilk birbaşa hücumunu kerçəkləşdirdi.
  • Baykan Bayraktar TB2, 2019-cu ilin iyun ayında 100.000 uçuş saatına çatan Türkiyə istehsalı ilk PUA oldu.

Döyüşlərdə istfadəsi

2016-cı ildə ATGM UMTAS ilə silahlanmış pilotsuz uçuş aparatının kürd yaraqlılarına qarşı döyüşdə uğurlu istifadəsi barədə rəsmi məlumatlar verildi. Bu onun elan edilmiş taktiki və texniki xüsusiyyətlərini təsdiqlədi.

2019-cu ildə Liviyada Həftarın ordusuna qarşı Bayraktar TB2-dən istifadə edildi.

Bayraktar TB2 PUA-larından 2020-ci ilin fevralında Suriyanın İdlib vilayətində Türkiyənin keçirdiyi “Bahar qalxanı” əməliyyatı çərçivəsində Suriyanın hökumət qüvvələrinə və hökumətə sadiq olan digər hərbi birləşmələrə qarşı geniş istifadə edildi.

Bayraktar PUA-ları Azərbaycan tərəfindən 27 sentyabr 2020-ci ildə başlayan Qarabağda Ermənistana qarşı döyüşlərdə istifadə edilmişdir.

muharibe hedef
Qarabağ: Ermənilərin silahlı birləşmələrinin canlı qüvvəsi məhv edilərkən

İstiadə edən ölkələr:

  • Türkiyə
  • Ukrayna
  • Azərbaycan

 

Son xəbərlər
Oxşar xəbərlər