20 C
Baku
Sunday, October 6, 2024

Döyüşlərdə fərqlənən hərbi qulluqçular – Video

Azərbaycan Müdafiə Nazirliyi Vətənin bütövlüyü uğrunda gedən döyüşlərdə fərqlənən hərbi qulluqçularla bağlı növbəti videogörüntülər yayıb.

Döyüşlərdə fərqlənən hərbi qulluqçularla bağlı məlumatları təqdim edirik:

Leytenant Qaraşov Məhəmməd İlham oğlu torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə dəqiq atəşlə düşmənin avtomobil kolonunu məhv edib.

Gizir Əjdərli Sabit Mübariz oğlu işğalda olan torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə döyüş maşın komandiri kimi xüsusi fəallıq göstərib.

Əsgər Sadıqov Məhəmməd Rüfət oğlu Vətənimizin bütövlüyü uğrunda gedən döyüşlərdə top komandiri kimi düşmənin canlı qüvvəsini və atəş vasitələrini məhv edib.

 

Son xəbərlər
Digər xəbərlər