15 C
Baku
Friday, March 29, 2024

Dragi: “ECB blokçeyn texnologiyası ilə yaxından maraqlanır”

Avropa Mərkəzi Bankı (ECB) blokçeyn texnologiyası ilə yaxından maraqlanır, lakin bitkoini pul vahidi hesab etmir.

“Bloomberg” agentliyinə istinadən, bu barədə ECB rəhbəri Mario Dragi (Mario Draghi) Bankın rəsmi saytında yayımlanan videoyazılarında qeyd olunub.

Dragi yeni texnologiyaların yaratdığı əmək bazarının, yox olacaq iş yerlərinin sayından daha çox olduğunu bildirib. Açıqlamalarında ECB rəhbəri dəyişikliklərin əmək bazarına təsir edəcəyini, hökumətlərin işçilərə dəstək verməli olması zərurətini xatırladıb.

“Avrozona iqtisadiyyatının resessiyadan çıxıb və bölgədə iş gücü bazarının keyfiyyətinin artırılması məcburiyyəti var. Bununla yanaşı, bölgədə monetar bütünləşmə dərinləşdirilməlidir”, – deyə Dragi əlavə edib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər