10 C
Baku
Bazar, Dekabr 5, 2021

“Dreamliner” təyyarələrinin qlobal tədarükü 1 ildə çox ləngiyir

Xüsusilə koronavirus pandemiyasından sonrakı daşıma bazarının bərpası üçün lazım ola biləcək ümumi dəyəri təxminən 20 mlrd. ABŞ dolları təşkil edən 100-dən çox geniş gövdəli “Boeing 787 Dreamliner” təyyarəsinin tədarükündə gecikmə artıq 13 ayı keçib – sonuncu təyyarə müştəriyə 2020-ci ilin oktyabrında təhvil verilib.

Bu barədə “Bloomberg” agentliyi “Air Lease Corp” lizinq şirkətinin hesablamalarına istinadən xəbər verir.

Bu vəziyyət müxtəlif tipli “Boeing” təyyarələrində daim yeni texniki qüsurların aşkarlanması və tənzimləyici (Federal Aviasiya Administrasiyası – FAA) tərəfindən yoxlamaların sərtləşdirilməsi fonunda formalaşıb. Əvvəllər FAA diqqəti iki dəfə qəzaya uğramış və hazırda uçuşlara icazə alan “Boeing 737 MAX” təyyarələrinə yönəltmişdi.

Məlumata görə, “Boeing”in müştəriləri 2021-ci ilin əvvəlində müqaviləyə əsasən almalı təyyarəni gələn ilin yayınadək qəbul etməyəcəklərindən ehtiyat edirlər. Bu cür mülahizələr “Boeing” təyyarələrində aşkar edilən hər bir qüsurun əlavə bürokratik xərclərə səbəb olması fonunda ifadə edilir.

Mənbə:APA
Son xəbərlər
Oxşar xəbərlər
X