23 C
Baku
Sunday, September 29, 2024

Dress-code nədir və onun üstünlükləri

Dress-kod anlayışına hərə müxtəlif cür münasibət bəsləyir. Kimin üçünsə özünü anladığı vaxtdan kostyum geyinmək çox xoşdur və, o bu işə böyük məmnuniyyətlə yanaşır, kim isə qalstuku, boyundan asılmış kəndir adlandırır. Adətən dress-kod problemi yayda kəskinləşir, payıza döndükcə isə nisbətən yumşalır. Bəs necə edəsən ki, geyimin həm öz xarakter və həyat tərzini əks etdirsin, həm də şirkətin fəlsəfəsinə uyğun olsun.

Maraqlıdır ki, bir sıra rəhbərlər dress-kodu işdə -ofisdə əmək məhsuldarlığının artmasına gətirib çıxaran başlıca faktorlardan biri qismində görürlər və onların bu qənaəti tamamı ilə haqlıdır. Adətən belə deyirlər ki, dress-kodun qadınlara qarşı tələbləri kişilərə nisbətdə daha demokratikdir.
Ofis əməkdaşlarının ciddi işgüzar kostyumların tutqun və bağlı rəng çalarının və geyim tərzindəki yekdillik kompaniyanın respektabelliyini və nüfuzunu ehmalca ətrafdakıların diqqətinə çatdırır və bununla da müştəridə xoş təəssürat oyadır.

Dress-kod nəinki təşkilatın işgüzar tərzini əks etdirmək imkanı verir, həm də eyni zamanda bəzi hallarda ofis işçilərinin libaslarında kompaniya loqotipini və ya firma simvolikasını yerləşdirməyə icazə verir. Bu fənd isə hətta çox da böyük olmayan kompaniyalara öz brendini inkişaf etdirmək və yadda qalan ticarət markasının obrazını yaratmaq imkanı verir.

Dress-kod: bəs problem nədədir? Necə edəsən ki, yayda istidən, qışda isə soyuqdan ölməyəsən?

dress%20codeGəlin, ədalət xətrinə deyək ki, qadınlar dress-koda daha həssaslıq ilə yanaşırlar, nəinki kişilər. Məsələn yayda qadınlar daha sərbəstdirlər, onlar qısa ətəklər, hündür dabanlı çəkmələr geyir və gözəl ayaqlarını hamıya nümayiş etdirmək şansı əldə edirlər, kişilər isə bu vaxtda kostyumun içində ürəkləri sıxılır. Ümumiyyətlə götürdükdə isə müəssisənin qarderob məsələlərində korporativ qaydaları nə qədər ciddi olarsa, məzuniyyətə getmək istəyənlərin sayı bir o qədər çoxalır.

Bir az üslub barədə

Doğrudanmı işgüzar geyim bu qədər darıxdırıcıdır? Xeyr, buna əmin olmaq üçün, ən yaxınlıqda yerləşən işgüzar geyim dükanına daxil olmaq kifayətdir. Onlarla, bəlkə də yüzlərlə kostyum, köynək, ətək, ciddi şalvar və geyim seçmək mümkündür, bir az qapalı, təvazökar, amma olduqca müasir və cəlbedici. Həmçinin də rəng çalarları da müxtəlifdir. Bütün bunlar ofis işçilərinin xidmətindədir.

İşgüzar geyimdə hər zaman ciddiliyin və individuallığın ahəngini yaratmaq imkanları vardır. Ciddi fason –amma qeyri ənənəvi rəng tonu; klassik biçim və tikiliş –kreativ bir detal (yaxalığın quruluşu, ciblərin forması, köynəklərin qollarında dekorativ işləmələr). Həmişə öz geyim variantını tapmaq mümkündür. Bəs ayrı-ayrı elementləri ahəngdar bir bütünə çevrilmək –bu isə artıq şəxsi bir zövq məsələsidir.

O ki qaldı soyuq və istiyə …

Gəlin etiraf edək ki, əksəriyyətimiz kondisionerin tam gücü ilə işlədiyi ofislərdə çalışırıq. Nə qədər qəribə də olsa, məhz yay vaxtı bizdə soyuqdəymənin olmamasının qeydinə qalmalı oluruq. Ona görə də ofis daxili yayda da qapalı geyimin heç bir ziyanı olmur (uzunqol köynəklər, qara jiletlər, nisbətən uzun ətəklər), yəni ciddi geyiminiz həm də sizi soyuqdan qoruyur, eyni sözləri payız mövsümü haqqında da demək olar, öz işgüzar üslubunu büruzə verməyin ən ideal vaxtı zənnimcə elə payızdır. Yayda küçədəki istidən, qışda isə soyuqdan qorunmaq üçün təbii materiallardan hazırlanan geyim və ayaqqabılara üstünlük verin.

Bəs rəngarənglik necə olsun?

Bu zaman işə aksessuarları sala bilərsiniz. Qadınlar üçün bunlar mümkün kəmərlər, şal və şərflər, qısa, zərif, lakin eleqant zərgərlik əşyalarıdır. Kişilər üçün müxtəlif qol saatları, daha sərbəst üslubda seçilmiş qalstuklardır. Öz obrazınız üçün məxsusi bir naxış seçmək çətin deyil: işgüzar üslub bu baxımdan sizə kifayət qədər geniş imkanlar verir.

Bir az da dəb və mövsüm barədə

Yaz, yay, payız, qız… əvvəllər fəsillər mənim üçün sadəcə havanın nə dərəcə də isti keçməsinə görə fərqlənirdi. Amma zaman keçdikcə, anladım ki, bu xarakteristikadan başqa bir sıra digər vacib faktorlar vardır ki, demək olar ki, onların əsasında ilk baxışdan həm çöldə, həm də insanın ruhunda.. hansı fəslin hökm sürdüyünü demək olar.

Indi isə sizə mütəxəssislərdən 2012-ci ilin “payız dəbi” ilə əlaqədar aldığımız bəzi rəyləri təqdim edirik

“Erkən payızda siz qısa şort və ya ətəyi rahat bir jaketlə uyğunlaşdırıb küçəyə çıxa bilərsiniz. Eləcə də bu il dəri gödəkcələr, cins və ya dəri jiletlər dəbdədir. Hava soyuduqca isə tvid palto və üstündə çoxlu detallar olan dəri gödəkcələrə üstünlük verin, həmçinin bu il boz klassik kostyum və ya tünd boz şalvar ilə bənövşəyi məxmər pencək, həmçinin həmişəki kimi ağ sadə köynəklər və sadə ipək (tunik bluzlar) diqqət çəkəcək. Bu zaman dəri sakvoyaj və ya yumşaq zamşa çantalar, bağlı dikdaban çəkmələr və ya hərbi tərzdə dizə qədər olan uzun boğaz çəkmələr dəbdə olacaqdır”.

Havanın necə olmasından asılı olmayaraq, çalışın əhval-ruhiyyəniz həmişə yerində olsun və geyiminiz sizin rahatlığınızı və individuallığınızı təmin edərək, maksimum yaradıcılığa və əmək məhsuldarlığına imkan versin.

Son xəbərlər
Digər xəbərlər