9 C
Baku
Wednesday, December 11, 2024

Dron istehsalçısı olan “Waymo” xarici investorlardan $750 mln. cəlb edib

Amerikanın pilotsuz nəqliyyat vasitələri istehsalçısı olan “Waymo” (“Alphabet” in törəmə şirkəti) “T. Rowe Price”, “Perry Creek Capital”, “Fidelity Management & Research Company” və digər investorlardan 750 milyon dollar vəsait cəlb edib.

Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.

2020-ci ilin mart ayının əvvəlində “Waymo” startapı “Silver Lake”, “Canada Pension Plan Investment Board”, “Mubadala Investment Company” investisiya fondu və digərlərindən 2,25 milyard dollar cəlb etmişdir.

Şirkət texnologiyanın və çatdırılma xidmətinin inkişafına sərmayə qoyacaq, bu barədə WSJ məlumat verir. Baş direktor Con Krafçikin qeyd etdiyi kimi, əlavə maliyyənin cəlb edilməsi pandemiya ilə əlaqəli deyil.

“Axios” portalının bildirdiyi kimi, startap birinci raund çərçivəsində xarici investorlardan ümumilikdə 3 milyard dollar vəsait cəlb edib.

Xatırladaq ki, “Waymo” 2009-cu ildən dronlar üzərində çalışır. Hazırda şirkət 600-dən çox avtomobilə sahibdir. Əvvəlcə bu startap “Google” şirkətinin tərkibinə daxil olsa da, 2016-cı ildən müstəqil olaraq fəaliyyət göstərməyə başlayıb. 2018-ci ildə “Waymo” Arizonada “Waymo One” taksi xidmətini işə salmışdır.

Son xəbərlər
Digər xəbərlər