28 C
Baku
Saturday, July 27, 2024

“Dronlar ilə bağlı bəyanatlar İrana təzyiq göstərmək üçün istifadə olunur”

İran pilotsuz uçuş aparatları ilə bağlı bəyanatlar ABŞ və tərəfdaşları tərəfindən Tehrana təzyiq göstərmək üçün istifadə olunur.

Bunu Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Zaxarova İran PUA-ları ilə bağlı məlumatların dəfələrlə təkzib edildiyini xatırladıb və bunu şayiə adlandırıb.

“Amerika mediasında bəzi müstəqil, adı açıqlanmayan qapalı mənbələr tərəfindən yayılan İran PUA-ları ilə bağlı şayiələr son günlər həm İran, həm də Rusiya nümayəndələri tərəfindən təkzib edilib. Həm bizə, həm də Tehrana qarşı irəli sürülən bu müəyyən iddiaları şərh etməyə ehtiyac varmı? Düşünürəm ki, yox, çünki bütün bunlar əsaslandırılmamış nəticələr və uzaq fərziyyələr toplusundan başqa bir şey deyil”, – Zaxarova brifinqdə qeyd edib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər