“Gartner” şirkətinin analitikləri dronların bazar tədqiqatını aparıb. Tədqiqatçılar qeyd edirlər ki, 2017-ci ilin sonuna kimi dronların dünya bazarındakı payı 34 faiz artacaq və 6 milyard dollar təşkil edəcək.
Bu il 3 milyona yaxın dron satılacaq ki, bu da 2016-cı ilin göstəricilərini 39 faiz üstələyəcək. Qeyd edilir ki, 2020-ci ildə isə dronların bazar payı 11,2 milyard dollara qədər artacaq.
Xəbəri “İxbt.com” verib.