8 C
Baku
Cümə axşamı, Dekabr 2, 2021

DSK: Əhalinin kərə yağı alışı 24% artıb, kiloqramının qiyməti ortalama 32 qəpik yüksəlib

Azərbaycanda kərə yağının əhali tərəfindən alış həcmi və son bir ildə qiymət dəyişməsi açıqlanıb.

Banker.az xəbər verir ki, 2021-ci ilin yanvar-sentyabr ayı ərzində 77.34 milyon manatlıq kərə yağı əhaliyə pərakəndə ticarət edilib. Bu isə 2020-ci ilin eyni dövrünə (62.39 mln. manat) nisbətdə 24% artım dinamikasıdır.

Əhali tərəfindən istehlak edilən kərə yağının 2021-ci ilin birinci rübündəki həcmi 19.93 mln. manat, ikinci rübdə 25.95 mln. manat və 28.55 mln. manat olmuşdur.

Dövlət Statistika Komitəsindən (DSK) bildirilir ki, kərə yağının orta qiyməti azərbaycanda hər kiloqram üçün 16.68 manat təşkil edir. Yerli istehsal kərə yağlarının 1 noyabr tarixinə 16.58 manat/kq, xarici istehsalın isə 16.78 manat/kq qiymətində ticarət olunduğunu qeyd edir. Ötən ilin müvafiq dövründə bu rəqəm ortalama 16.36 manat/kq, yerili istehsalla olanlar 16.12 manata, və xarici istehsal isə 16.63 manata olduğu göstərilirdi. Yəni, DSK-yə görə, kərə yağının qiymətində son bir ildə 32 qəpik, yaxud 2% bahalaşıb.

 

Son xəbərlər
Oxşar xəbərlər
X