2019-cu ilin yanvar-fevral aylarında Azərbaycan əhalisinin nominal pul gəlirləri 7 mlrd. 619,7 mln. manat təşkil edib. Bu barədə Banker.az-a Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib. Lakin, bu DSK-nin saytında 2018-ci ilin analoji dövrünün göstəricisindən 5,1% çox olduğu göstilsə də, 2018-ci ilin eyni dövründə bu rəqəm 7 mlrd. 700,3 mln. manat idi. Bu da ötən ilin rəqəmləri müqayisə etsək, əksinə, 1,05% azalma olması deməkdir.
Yanvar-fevral aylarında Azərbaycanda orta illik inflyasiya 1,9% təşkil edib.
DSK-nin məlumatına görə, cari ilin yanvar-fevral aylarında əhalinin hər nəfərinə düşən nominal pul gəlirləri də 4,2% artaraq – 772,2 manat təşkil etdiyi göstərilib. Lakin, burada da ötən ilki rəqəmlərlə müqayisə etdikdə artım deyil azalma olub. Belə ki, 2018-ci ilin yanvar-fevral aylarına nəzər yetirdikdə 786,4 manat olduğu görünür ki, bu reallıqda 14,2 manat daha az, yəni, 1,8% azalması olması deməkdir.
2019-CU İL ÜZRƏ CƏDVƏL


2018-ci ildə əhalinin nominal pul gəlirləri 9,2% artıb.








